“İqtisadi bərpa ümumilikdə gözləniləndən daha sürətlə irəliləyib və getdikcə güclənir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell deyib.
O, ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində “Koronavirusa yardım, dəstək və iqtisadi təhlükəsizlik qanunu” (CARES) ilə bağlı təqdimatının mətnini yayımlayıb.
Pauell yeni növ koronavirus (COVID-19) epidemiyanın təsirlərinə qarşı FED-in əlindəki bütün siyasi alətlərdən istifadə edərək misilsiz bir sürət və güclə hərəkət etdiyini bildirib: "Bu gün vəziyyət çox yaxşıdır. Amma iqtisadi bərpa işləri tamamlanmaqdan çox uzaqdır. FED iqtisadiyyata ehtiyac olduğu müddətdə lazımi dəstəyi verməyə davam edəcək”.
FED sədri son zamanlar iqtisadi fəaliyyət və məşğulluqla bağlı göstəricilərin yuxarıya doğru dəyişdiyini də qeyd edib: "Epidemiyadan ən çox təsirlənən sektorlar zəif qalmağa davam edir. İşçi qüvvəsinin iştirak nisbəti epidemiyadan əvvəlki səviyyələrin altında qalır. İqtisadiyyatı dəstəkləmək və canlanmanın mümkün qədər güclü olmasını təmin etmək üçün FED bütün vasitələrdən istifadə etmək qərarını yeniləyib”.