Avropa Mərkəzi Bankının (ECB) başçısı Kristina Laqarde Avrozona iqtisadiyyatının 2022-ci ilin ikinci yarısında təxminən pandemiya səviyyəsinə dönəcəyini vurğulayıb.
Teleqraf.com xəbər verir ki, Laqarde bəzi ölkələrin geridə qalacaqları barədə xəbərdarlıq edib.
O, epidemiya başlarkən iqtisadiyyatda bəzi ləngimələrin olduğuna diqqət çəkib: “Avrozonadakı inflyasiya qarşıdakı aylarda artacaq. COVID-19-a qarşı peyvənd kampaniyalarının sürəti ürəkaçandır. Avropa İttifaqı 2021-ci il ərzində iqtisadi fəaliyyətin bərpa olunmasına yol açacaq. Müəssisələr sağlam tələb üzərində bərpa olunmağa davam edir.
Koronavirusla bağlı məhdudlaşdırma tədbirlərində yaxşılaşma əlamətləri var, ancaq buna baxmayaraq xidmətlər sektorunda məhdudlaşdırma davam edir”.