Cari ilin mart ayında fevral ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 100,9 faiz, heyvandarlıq məhsulları üzrə 100,2 faiz təşkil edib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayı ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 101,6 faiz olub.