London Metal Birjasında (LME) misin qiyməti 0,6 faiz artaraq 10 min 30 dollar/tona satılıb.
Teleqraf.com xəbər verir ki, LME-də digər metalların da qiyməti artıb.
Alüminium 0.5 faiz artaraq 2 min 441 dollar/ton, nikel 1.2 faiz artaraq 17 min 885 dollar/ton, qalay 1.9 faiz artaraq 29 min 535 dollar/ton olub.
Sonuncu dəfə misin qiyməti 2011-ci ilin fevralında 10 min 190 dollar/ton olaraq rekord səviyyəyə qalxmışdı.