18 May 2021 16:34
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2050-ci ilə qədər neft tələbatı baza xətti kimi götürülən 2020-ci ildə gündəlik 90 milyon bareldən 75% azalaraq 24 milyon barelə, qaz istehlakı 55% azalaraq 1,75 trilyon kubmetrə düşəcək.

Teleqraf.com xəbər verir ki, təmiz enerjiyə qlobal keçid vəziyyətində neft tədarükünün az sayda ucuz istehsalçının əlində cəmləşəcəyi proqnozlaşdırır.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-in payı təqribən 37%-dən ən yüksək tarixi səviyyəyə - 52%-ə yüksələcək.

Təqdim olunan ssenariyə əsasən, karbohidrogen yanacaqların qlobal enerji balansındakı payı qarşıdakı üç onillikdə 80%-dən 20%-ə düşəcək və ümumi qlobal enerji tələbatı mövcud səviyyəyə görə 8% azalacaq.

IEA analitiklərinin fikrincə, 2050-ci ilədək qlobal iqtisadiyyatın miqyası iki dəfə artacaq və dünya əhalisi 2 milyard nəfər çoxalacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər