19 İyun 2021 12:57
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı gömrük ittifaqının yenilənməsini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Budapeştdə rəsmi səfərdə olan Türkiyənin Ticarət naziri Mehmet Muş macarlı həmkarı ilə görüşdə bu dəstəyin vacib olduğunu vurğulayıb.

Mehmet Muşla Macarıstan Xarici və Xarici Ticarət Naziri Peter Szijjarto ilə təkbətək görüşdən sonra mətbuat konfransı keçirilib. Türk nazir görüş zamanı gömrük ittifaqının yenilənməsi məsələsinin müzakirə olunduğunu bildirib: “İki ölkə arasındakı ticarət əlaqələrini gücləndirmək üçün lazımi dəstəyi verməyə çalışırıq. Macarıstan Avropanın mərkəzində yerləşdiyi üçün xüsusilə lojistik baxımından böyük əhəmiyyətə sahibdir”.

Ticarət naziri son zamanlarda iki ölkə arasındakı ticarət əlaqələrinin sürətlənməsinə də diqqət çəkib: “2001-ci ildə yalnız 350 milyon dollar olan ikitərəfli ticarət həcmi 2020-ci ilin sonunda 3 milyard dollara yaxınlaşıb. 2002-2021-ci illər arasında cəmi 91 milyon dollarlıq türk sərmayəsi Macarıstana çatdırılıb. Türk podratçılarının Macarıstandakı iş sayı 29-a çatıb”.


Müəllif: Yeganə Oqtayqızı