OPEK+ nazirlərinin bu gün keçirilməli olan görüşü təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindonun OPEK+ nümayəndə heyətlərinin rəhbərlərinə ünvanladığı məktubda deyilir.
Məktubda bildirilir ki, OPEK+ nazirlərinin iyulun 5-də keçirilməli olan görüşünün təxirə salınması qərarı konfransın sədri və həmsədri olan Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl-Səud və Rusiyanın baş nazirinin müavini Aleksandr Novakla məsləhətləşmələrdən sonra qəbul edilib:
"Yeni görüşün vaxtı daha sonra açıqlanacaq və biz müvafiq qaydada sizi məlumatlandıracağıq".