Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə "Arab Light" markalı neftinin qiymətini artırıb.
Teleqraf.com xəbər verir ki, "Arab Light" markalı neftin bir barelinin qiyməti avqust ayı üzrə 0,8 ABŞ dolları bahalaşıb.
Analoji qərar Avropa ölkələri üçün də verilib.
Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə qiymətləri eyni dövrdə ABŞ satışlarında da 0,2-0,4 dollar yüksəldib.