2021-ci ilin yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 175,5 milyon manat və ya 10,6 % artıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Teleqraf.com-a verilən məlumata görə, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 milyon manat və ya 1,6 %, qeyri-büdcə təşkilatlarında isə 123,4 milyon manat və ya 11,9 % artım qeydə alınıb.