17 İyul 2021 22:54
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkmənistan təbii qaz ehtiyatları baxımından dünyada ən zəngin 4-cü ölkədir, amma bazar imkanları məhduddur və öz hasilatlarını inkişaf etdirə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə deyib.

Analitik bildirib ki, enerji ehtiyatlarının olması zənginlik sayıla bilər, ancaq əsas məsələ, bu ehtiyatların inkişaf etdirilib iqtisadi faydaya çevrilməsidir:

“Dünyada enerji resursları ilə zəngin olan kifayət qədər ölkə var ki, infrastruktur çatışmazlığından bazar imkanları məhduddur və öz hasilatlarını inkişaf etdirə bilmirlər. Belə ölkələrdən biri də Türkmənistandır. Türkmənistan təbii qaz ehtiyatları baxımından dünyada ən zəngin 4-cü ölkədir və qlobal ehtiyatların 7,2%-i bu ölkənin payına düşür. Ancaq dünya üzrə qaz hasilatının sadəcə 1,5%-i Türkmənistan tərəfindən qarşılanır. Ölkənin qaz hasilatı ötən il 7% azalıb və hazırkı hasilat səviyyəsi 2012-ci ilin hasilat səviyyəsi ilə eynidir. Müqayisə üçün qeyd edim ki, Səudiyyə Ərəbistanın qaz ehtiyatları Türkmənistandan 2,3 dəfə azdır, ancaq hasilatı təqribən 2 dəfə çoxdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər