2021-ci il yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 14,2 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycanın ixracı 8,81 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 14,6 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 62,04 faiz təşkil edib.
Bu ilin ilk altı ayı ərzində Azərbaycana idxal 5,39 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 37,96 faiz təşkil edib.
Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 3,42 milyard dollar təşkil edib.