3 Sentyabr 2021 12:39
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çindən gələn investisiyalar Əfqanıstanın yenidən qurulmasında əhəmiyyətli rol oynayacaq. Əfqanıstan Çin üçün yaxşı bazardır”.

Teleqraf.com xəbər verir ki, bunu Taliban sözçüsü Zabihullah Mücahid İtaliya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Çin də daxil bir çox ölkələr Əfqanıstana sərmayə qoymaqda maraqlıdır: "Çin Əfqanıstanın Şərqi Logar bölgəsində yerləşən “Mes Aynak” mis mədəninə artıq sərmayə qoyub və yerli məhsullarını Əfqanıstan bazarına ixracını artırmağı hədəfləyir”.

Əfqanıstanda tapılan metal və nadir elementlərin dəyəri 2020-ci ildə 1-3 trilyon dollar arasında olub.


Müəllif: Yeganə Oqtayqızı