17 Sentyabr 2021 17:09
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa payız-qış dövrünə yeraltı anbarlarda əhəmiyyətli təbii qaz çatışmazlığı ilə girəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın enerji şirkəti "Qazprom"un prezidenti Aleksey Miller deyib.

O bildirib ki, Rusiya qarşıdakı 100 il ərzində təbii qaz ehtiyatları baxımından sıxıntı yaşamayacaq: “Avropa bazarlarında təbii qaz kəsirinin olacağını proqnozlaşdırırıq. Avropanın yeraltı anbarlarında təbii qaz kəsiri 22,9 milyard kubmetrdir. Bu, çox böyük bir məbləğdir. Beynəlxalq mütəxəssislər Avropadakı yeraltı qaz anbarlarında yaranmış bu kəsirin kompensasiya edilməyəcəyini deyir.

Bu boşluq təbii qaz qiymətlərinə də təsir edir. Avropadakı təbii qaz qiymətləri bütün mümkün rekordları qırdı, bəlkə də yaxın gələcəkdə yenidən qırılacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər