16 Noyabr 2021 18:36
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın "yaşıl" enerji siyasəti ilə bağlı aydın baxışı, məqsədi və vəzifələri var”.

Teleqraf.com xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji keçidi ilə bağlı çağırışları və məqsədləri dəstəkləyir:

“Biz "yaşıl" enerji texnologiyalarını, hidrogenlə əlaqəli fəaliyyətləri və müxtəlif enerji növləri arasında bərpa olunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyirik. Bu sahələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in mühüm tərkib hissələridir.

Azərbaycan bu yaxınlarda Paris Sazişi çərçivəsində başa çatmış COP26 konfransında bu məqsədlərə sadiqliyini bir daha bəyan etdi. Eyni zamanda, ölkəmiz bütün yumşaldıcı təsirləri ilə birlikdə təbii qaz ölkəsinə çevrilməyi nəzərdə tutan siyasətləri çoxdan həyata keçirir".

Nazir hesab edir ki, hazırkı enerji böhranı şəraitində enerji mənbələrinin şaxələndirilməsi olmadan dayanıqlı enerji təchizatı mümkün deyil və enerji resurslarının müxtəlifliyi həmişə olduğu kimi, indi və gələcəkdə enerji bazarında sabitliyin təminatıdır: "Enerji böhranlarına səbəb olan şoklara tab gətirmək üçün enerji qarışığında karbohidrogenlərin saxlanmasının həyati əhəmiyyət kəsb etdiyini düşünürük”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər