18 Dekabr 2021 13:07
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal neft və qaz boru kəmərləri Yer kürəsinin çevrəsindən 30 dəfə böyükdür. 2020-ci ilin dekabr ayına olan məlumata görə, 162 ölkədə ən azı 2381 neft və qaz kəməri fəaliyyət göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev deyib.

O bildirib ki, sözügedən boru kəmərlərinin ümumi uzunluğu 1,18 milyon kilometrdən çoxdur: “Bu kəmərlər sırasına uzunluğu 100 km-dən az və gündəlik ötürücülük qabiliyyəti 6000 bareldən az kəmərlər daxil deyil.

Neft boru kəmərlərinin əksəriyyətinə sahib olan şirkətlərə aşağıdakılar daxildir:

“Transneft” – Rusiya 42. 383 km - 15%, “Enbridge” - Kanada 33.750 km - 12%, “PipeChina” - Çin 15. 947 km - 5%.

Uzunluğu üzrə qaz kəmərlərinin əksəriyyətinə sahib olan şirkətlərə isə aşağıdakılar daxildir:

“ Qazprom” - Rusiya 103.212 km - 11,2%, “TC Energy” - Kanada 99.440 km - 10,8%, “Kinder Morgan” - ABŞ 82.075 km - 9%”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər