22 Dekabr 2021 12:44
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə hər zaman vətəndaşların sosial qayğıları, zəruri ehtiyacları dövlətin diqqət mərkəzindədir. Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində məhz hər bir Azərbaycan vətəndaşının rifahı prioritet təşkil edir. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edib: “Bu mənada dövlət başçısının bu günlərdə imzaladığı Fərman və Sərəncamlar sosial islahatların növbəti mərhələsi hesab edilir”.

Millət vəkilinə görə, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncama əsasən bu addımlar atılır: “Artıq bu islahatlar üçün illik 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. İslahatlar 2,1 milyondan çox insanın sosial rifah halının yaxşılaşmasını hədəfləyib. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum əməkhaqqının 250 manatdan 300 manata çatdırılması da vətəndaşların ehtiyaclarının qarşılanması, onların həyat səviyyəsinin daha da yaşlısmasını təmin edəcək”.

Aqil Məmmədov bildirib ki, bu artımlar dövlət ümumən 800 min işçini əhatə edəcək: “Sözsüz ki, qlobal pandemiyanın davam etdiyi bir dövrdə Azərbaycan dövlətinin atmış olduğu bu cür iqtisadi və sosial yönümlü addımlar vətəndaşların ehtiyaclarının qarşılanmasına, rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər