31 Dekabr 2021 10:13
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin son günündə Türkiyədə dollar və avro ötən günlə müqayisədə cüzi də olsa ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, ölkə birjasında avro və sterlinqdə yüksəliş tendensiya davam edib.

Valyuta ilə qorunan əmanət tətbiqinin açıqlanması ilə ötən həftə 10,25-ə kimi ucuzlaşan məzənnə bu həftə 17% artsa da, bu gün dünənlə müqayisədə azalmaqdadır. Valyutadakı volatillik davam edir. Dalğalanmanın 11-14 səviyyə arasında davam edə biləcəyi proqnozlaşdırılır.

Hazırda dolların alışı 13.1344 TL, satışı 13.1756 TL, avronun alışı 14.6225 TL, satışı 15.0910 TL, sterlinqin alışı 17.4336 TL, satışı 18.0348 TL-dir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər