15 Yanvar 2022 19:34
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini 6-7 faiz artıra bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “JP Morgan” investisiya bankının baş icraçı direktoru Ceymi Daymon (Jamie Dimon) deyib.

Onun sözlərinə görə, FES inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini 6-7 dəfə artırmalı ola bilər: “ABŞ-da inflyasiya 7 faizlə son 40 ilin ən yüksək səviyyəsinə çatıb. FES rəsmiləri də faiz artımının mart ayında başlaya biləcəyinə dair siqnallar verirlər. FES üzvləri bu il cəmi 75 baz bənd faiz artımı gözləyirlər. Fikrimcə, 4-dən çox faiz artımı olacaq, 6 və ya 7 ola bilər. İstehlakçı güclüdür, şirkətlər çox yaxşı işləyirlər. Artım baxımından vəziyyət kifayət qədər yaxşı görünür, yeganə problem inflyasiyadır”.

Ceymi Daymon faiz dərəcələrinin yüksəldiyi bir mühitdə iqtisadiyyatın inkişaf etməyəcəyi fərziyyəsinin səhv olduğunu düşünür.

Qeyd edək ki, “Goldman Sachs” bu həftə verdiyi açıqlamada bu il FES-dən 4 faiz artımı proqnozlaşdırmışdı. Eyni proqnozu irəli sürən banklar arasında “Deutsche Bank” da var.


Müəllif: Yeganə Oqtayqızı