Rusiyanın işğalı səbəbindən Ukrayna 2022-ci ildə qarğıdalı və günəbaxan istehsalını azaldacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Kənd Təsərrüfatı İstehsalçıları Birliyinin vitse-prezidenti Denis Marçuk açıqlayıb.
O bildirib ki, böyük ehtimalla bunun əvəzinə qarabaşaq, yulaf, darı kimi taxıl məhsullara üstünlük veriləcək: "Yazda yığılması gözlənilən yazlıq məhsullar əhəmiyyət qazanıb, çünki gələcəkdə nə olacağını bilmirik. Ukrayna əhalisini və ordusunu ərzaqla təmin etmək üçün qarabaşaq yarması, noxud və taxıl kimi yığıla bilən məhsullara üstünlük veriləcək".