26 May 2022 23:12
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Növbəti rüblər asan olmayacaq. Transformasiya davam etdikcə həm şirkətlər, həm də vətəndaşlar üçün çətin olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

Sədr sanksiyaların ilk dövründə yaşanan sarsıntılara qarşı addımlar atdıqlarına diqqət çəkib:

“Gördüyümüz tədbirlər ortaya çıxan problemlərlə mübarizəyə yönəldilib. Nəticədə maliyyə sabitliyini qoruya bildik və inflyasiya spiralının qarşısını aldıq”.

Nabiullina onu da qeyd edib ki, əldə olunan uğurlara baxmayaraq, rahat nəfəs almaq olmaz: “Əksinə, ölkə iqtisadiyyatının struktur transformasiyası prosesi ilə əlaqədar maliyyə resurslarına ehtiyacımız olacaq”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin sanksiyaları səbəbindən fevralın 28-də siyasət faizini 9,5 faizdən 20 faizə qaldırıb. Bank bu gün keçirdiyi iclasda nəhayət, faiz dərəcəsini 11 faizə endirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər