15 Avqust 2022 14:32
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman avtomobil istehsalçısı “Mercedess-Benz” Çindən idxal etdiyi 10 mindən çox avtomobili geri çağırır.

Teleqraf.com xəbər verir ki, şirkət avqustun 15-dən “GLE SUV” və “GLS SUV” modellərini geri çağırmağa başlayacaq.

Çinin Dövlət Bazarını Tənzimləmə İdarəsinə təqdim etdiyi geri çəkilmə 28 oktyabr 2018-ci illə 8 noyabr 2021-ci il tarixləri arasında istehsal edilmiş “11 212 GLE SUV” və “GLS SUV”, o cümlədən 2021-ci ilin sentyabrın 3-dən həmin ilin noyabrın 22-nə qədər istehsal edilmiş “660 EQS” markalı avtomobilləri əhatə edir.

“Mercedes”dən bildirilib ki, bu avtomobillərin akkumulyatorlarının torpaq kabeli düzgün işləməmə ehtimalı var ki, bu da yanğın təhlükəsinə səbəb ola bilər.

Şirkət eyni zamanda “EQS” avtomobillərini də sentyabrın 1-dən etibarən geri çağırmağa başlayacaq. Bildirilib ki, “EQS” markalı avtomobillərin ön və arxa bamperlərindəki yedək kliplərindəki vint dişləri texniki şərtlərə uyğun gəlməyə bilər ki, bu da təhlükəsizlik risklərinə səbəb ola bilər.

“Mercedess-Benz” həmçinin qüsurlu hissələri pulsuz yoxlayıb təmir edəcəyini və ya dəyişdirəcəyini vəd edib.


Müəllif: Yeganə Oqtayqızı