Azərbaycan Respublikası İqtisadi Şurasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması müzakirə edilib.
Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarında 1,25 milyard ABŞ dolları dəyərində illik 5 %-lə istiqraz yerləşdirib.
Avrobondların nominal dəyəri 1 000 ABŞ dolları, həcmi isə 1,25 milyon ədəd təşkil edir.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47 %-ni ABŞ, 25 %-ni Böyük Britaniya, 18 %-ni Almaniya, 10 %-ni digər ölkələrdən olan investorlar əldə ediblər.
Avrobondların debüt buraxılışının lid-meneceri kimi “Barclays Bank”, “Deutsche Bank” və “Citibank” çıxış edib.