16 Noyabr 2022 16:26
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda təbii qaz hasilatı 38,449 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 28,689 milyard kubmetr təşkil edib.

Teleqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 7,5 və 8,6 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 27,238 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,4 faiz azalıb. Əmtəə neftinin hasilatı 27,162 milyon ton təşkil edib və 5,5 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda təbii qaz hasilatı 43,86 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 32,57 milyard kubmetr, neft və qaz kondensatının hasilatı 34,58 milyon ton, əmtəə neftinin hasilatı 34,51 milyon ton təşkil etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər