2 Dekabr 2022 17:38
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) ölkələri ötən il müxtəlif elektromobillərin idxalına ümumilikdə 29,1 milyard avro xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu, Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ-yə üzv ölkələrin elektromobil ticarəti ilə bağlı açıqlanan məlumatlarda yer alıb.

Müvafiq olaraq, Aİ ölkələri 11,8 milyard avro hibrid avtomobil, 11,4 milyard avro tam elektrik və 5,9 milyard avro plug-in hibrid avtomobil idxal edib.

Aİ-nın elektriklə işləyən avtomobil ixracı isə idxalını üstələyib.

Üzv ölkələr 22,9 milyard avro hibrid, 12,3 milyard avro elektrik və 6,8 milyard avro plug-in hibrid avtomobillər ixrac edib.

Aİ ölkələrinin ümumi elektrik avtomobil ixracı 42 milyard avroya çatıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər