Sosial media platforması Tvitter 1,5 milyard hesabı siləcək.
Teleqraf.com xəbər verir ki, bunu platformanın yeni sahibi İlon Musk açıqlayıb.
Milyarder Tvitteri aldıqdan sonra etdiyi dəyişikliklərlə gündəmə gəlib. O, tezliklə 1,5 milyard hesabın ad sahəsini boşaltmağa başlayacaqlarını bildirib: “Silinəcək adlar illərdir tvit atmayan hesablardır”.
Musk Tvitter üçün yeni planlarını da açıqlayıb: “Tvitter istifadəçilərin real hesab vəziyyətini göstərəcək proqram yeniləməsi üzərində çalışır. Beləliklə, şəxsi hesab məhdudiyyəti altında olub-olmadığınızı, niyə və necə şikayət edəcəyinizi açıq şəkildə biləcəksiniz”.