19 Dekabr 2014 20:14
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının Kollegiya iclası keçirilib. Teleqraf.com-un məlumatına görə, iclasda Hesablama Palatasının 2015-ci il üçün İş Planı geniş müzakirə edilərək təsdiq olunub.

Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər üzrə Ağstafa rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya və Reklam Departamentinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər