22 Dekabr 2014 16:27
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın tədbirlər planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində tədqiqat işləri aparılıb.

Plana uyğun olaraq isə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda işlər yerinə yetirilib”.

Bunu Yeni Azərbaycan Partiyasının yap.org.az saytına açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Komitə sədri deyib ki, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə aidiyyatı qurumların iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib:

“Bu məqsədlə 20 rayonun inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib. Seçilən torpaq sahələrinin əkinəyararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və digər vacib amillər nəzərə alınıb. Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən 203129 hektar torpaq sahəsi seçilib. Bundan əlavə, “Buğda əkini üçün nəzərdə tutulmuş torpaqların yararlılığının müəyyən edilməsi məqsədilə bu ərazilərdə irimiqyaslı torpaq tədqiqatlarının aparılması və xəritələşdirilməsi” işlərinin yerinə yetirilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və “Azdövsulayihə” İnstitutunun nümayəndələrinin iştirakı ilə birinci növbədə əkin dövriyyəsinə daxil ediləcək yerlərə baxış keçirilmiş və bu layihələrin əhatə edəcəyi konkret ərazilər müəyyənləşdirilib”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər