31 Dekabr 2022 09:47
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin “dost olmayan” Qərb ölkələrinin Rusiya qazının pulunu ancaq rublla ödəyə bilməsi qərarında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Putin imzaladığı fərmanla Qərb ölkələrinə Rusiya təbii qazına olan borclarını dollar və ya avro kimi xarici valyutalarla ödəməyə icazə verib.

Rusiya qazını idxal edən “dost olmayan” ölkələrə borclarını dollar və ya avro kimi xarici valyutalarla ödəməyə icazə verən fərmana əsasən, bu ölkələrin borclarının ödənilməsi Rusiya qazının nəqlinin bərpası demək olmayacaq.

Qeyd edək ki, Putinin martın 31-də imzaladığı fərmanla Rusiya qazını alan ölkələr “Qazprombank”da hesab açmalıdırlar, lakin ödənişlər bu banka ediləndən sonra Moskva Fond Birjasında sözügedən vəsait rubla çevrilir.

Rusiyanın enerji şirkəti “Qazprom” Polşa, Bolqarıstan, Finlandiya, Hollandiya və bəzi Avropa şirkətlərinə rublla ödəniş etmədikləri səbəbiylə təbii qaz nəqlini dayandırıb.


Müəllif: Yeganə Oqtayqızı