24 Dekabr 2014 17:46
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naftoqaz” “Qazprom”a 1,65 milyard dollar ödəyib. Brüseldə əldə olunan razılaşmaya əsasən ödəmə iki tranşda reallaşdırılıb. Belə ki, oktyabrda qaz təchizatının bərpası müqabilində Ukraynanın Rusiyaya olan 3,1 milyard dollar borcunu ödəməsi razılaşdırılmışdı.

Publika.az xəbər verir ki, “Naftoqaz” iki tranşda “Qazprom”a 11,5 milyard kubmetr qaz üçün 3,1 milyard dollar ödəyib. Hansı ki bu qaz Ukraynaya 2013-cü ilin noyabr-dekabr, 2014-cü ilin aprel-iyun aylarında satılıb”.


Məlum olur ki, birinci 1,45 milyard dollarlıq tranş noyabrın 4-də baş tutub. Onu da qeyd edək ki, “Naftoqaz” dekabrda aldığı təbii qazın dəyərini əvvəlcədən ödəyib.

Bu arada Rusiyanın energetika naziri bildirib ki, 2015-cü ilin birinci kvartalında Ukraynaya satılan qazın qiyməti 340-360 dollar təşkil edə bilər. Bu o halda baş verəcək ki, Ukrayna aldığı qazın dəyərini əvvəldən ödəsin.


Müəllif:

Oxşar xəbərlər