11 Fevral 2023 10:47
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Ukraynanın kredit reytinqini "Caa3"dən "Ca"ya endirib və proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.

Teleqraf.com xəbər verir ki, qərar Rusiya ilə davam edən müharibənin Ukrayna iqtisadiyyatı və dövlət maliyyəsi üçün uzunmüddətli çətinliklər yaratmaq ehtimalı ilə əlaqələndirilir.

Bəyanatda qeyd olunub ki, insan itkiləri və əhalinin yerdəyişməsi kimi nəhəng xərclər, eləcə də ölkə iqtisadiyyatına ciddi ziyan vurulması nəzərə alınmaqla, Ukrayna iqtisadiyyatının 2022-ci ildə təxminən 30 faiz daralması gözlənilir.

Bundan əlavə, “Moody's”in əsas ssenaridə müharibənin uzanmasının, Ukrayna iqtisadiyyatının 2023-cü ildə 2 faiz kiçilməsinin və 2024-cü ildə cüzi bir canlanma qeyd etməsinin gözlənildiyi bildirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər