Dünya Bankı zəlzələlərin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın 34,2 milyard dollar təşkil etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda təşkilat məlumat yayıb.
“Fevralın 6-da baş verən iki çox güclü zəlzələ Türkiyəyə 34,2 milyard dollarlıq birbaşa fiziki ziyan vurub ki, bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4%-nə bərabərdir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bu rəqəm sonrakı təkanlar səbəbindən arta bilər.