ABŞ-dakı bank böhranından sonra milyarderlərin şirkətləri də çətin anlar yaşayır.
Teleqraf.com xəbər verir ki, amerikalı milyarder iş adamı Riçard Bransonun şirkəti iflasdan qorunmaq üçün müraciət edib.
72 yaşlı milyarder şirkəti “Virgin Orbit Holdings” iflasdan qorunma iddiası təqdim etməklə “Fəsil 11” prosedurunu başladıb.
Şirkəti müraciət etməyə vadar edən səbəblərdən biri də yanvar ayında raket buraxılışında yaşanan problemlər olduğu bildirilir. Şirkət kiçik peykləri daşımaq üçün raketlər hazırlayır.
"Virgin Group" brendi dünya miqyasında istirahət, səyahət, turizm, mobil, genişzolaqlı internet, media, maliyyə, mühafizə və sağlamlıq sahələrində 400-dən çox şirkət yaradıb.
“Fəsil 11” başqa sözlə, “Chapter 11” üzrə uzunmüddətli maliyyə çatışmazlığı səbəbindən şirkəti iflasdan qorunmaq üçün edilən müraciətdir.
“Fəsil 11” proseduru o deməkdir ki, şirkət növbəti addımlar üzərində işləyərkən ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) nəzarətindən kənar əməliyyatları davam etdirə bilər. Bu məqsədlə şirkət işini adi iş şəraitində davam etdirmək üçün İflas Məhkəməsinə ərizələr təqdim etməyi planlaşdırır.