7 Aprel 2023 18:29
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın federal büdcəsi bu ilin birinci rübündə 2,4 trilyon rubl (təxminən 29 milyard dollar) kəsirlə üzləşib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Maliyyə Nazirliyi açıqlayıb.

Bildirilir ki, cari ilin birinci rübündə büdcə gəlirləri 5,6 trilyon rubl səviyyəsində reallaşıb. Büdcə gəlirlərinin 4 trilyon rublu qeyri-neft və təbii qaz gəlirlərindən əldə edilib. Qeyd olunan dövrdə büdcə xərcləri 8 trilyon rubl səviyyəsində olub.

Neft və təbii qaz gəlirləri bu ilin ilk rübündə əvvəlki illə müqayisədə 45 faiz azalıb. Buna əsas səbəb kimi, Rusiyanın “Ural” markalı neftinin qiymətində düzəliş və təbii qaz ixracatında azalma olduğu göstərilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər