"Brent" markalı neftin qiyməti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 21:24 üçun (Bakı vaxtı) 5,16 faiz ucuzlaşaraq 75,3 dollar/barel təşkil edib.
Saat 21:55 üçün ucuzlaşma zəifləyib və qiymət 75,63 dollar/barel təşkil edib (-4,75%).
Eyni zamanda, "WTI" markalı neftin iyun fyuçersləri 5,05% ucuzlaşaraq bir barel üçün 71,95 dollar olub.
Brent markalı neft 27 mart 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı satılır.