2023-cü ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bp" şirkətinin yaydığı məlumatda qeyd olunur.
Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
2022-ci ilin birinci rübündə əməliyyat xərcləri və əsaslı xərclər müvafiq olaraq 759 milyon dollar və 88 milyon dollar təşkil edib. Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə əməliyyat xərcləri 10,67 faiz, əsaslı xərclər isə 2,2 dəfə artıb.
2023-cü ilin ilk üç ayında "Şahdəniz" yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).