“2023-cü ilin ilk rübündə Rusiyanın Çinə enerji nəqli 40 faiz artıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
O, Çinlə enerji sahəsində əməkdaşlıqlarını artırmağa davam etdiklərini bildirib: “Enerji daşımaları ilə yanaşı, texnoloji avadanlıqların tədarükü ilə bağlı Çin şirkətlərilə çalışırıq. Çatışmayan texnoloji avadanlıqların tədarükü üçün tərəfdaşlarımızla birlikdə işləyirik".
Qeyd edək ki, Rusiya Qərb ölkələrinin sanksiyalarına görə öz nefti və təbii qazı üçün alternativ bazar axtarışlarını sürətləndirib.
Rusiya Asiyaya, xüsusilə də Çin və Hindistana neft-qaz nəqlini artırıb.