Beynəlxalq enerji şirkəti “Shell” Böyük Britaniya, Almaniya və Hollandiyada enerji ticarətindən çəkilmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bunu şirkət özü açıqlayıb.
Bildirilir ki, şirkət bu ildən etibarən enerji ticarətinin əsas mərkəzləri olan İngiltərə, Almaniya və Hollandiyadakı fəaliyyətinin strateji qiymətləndirilməsini tamamlayıb və bu ölkələrdə enerji ticarətindən çıxmaq qərarını qətiləşdirib.
Satış prosesinə başlayan şirkət potensial alıcılarla danışıqlar aparır və yaxın aylarda razılığın əldə olunması gözlənilir.
İstehlakçıların sözügedən satış prosesindən təsirlənməyəcəyi qeyd olunub.
Şirkətin Böyük Britaniyada 2000 işçisi var.