17 İyun 2023 18:13
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” və “TSS” Qrupu üzən nüvə enerji bloklarının istifadə olunacağı enerji donanması üçün birgə müəssisə yaradacaq.

Teleqraf.com “Rosatom”a istinadən xəbər verir ki, üzən enerji bloku ucqar ərazilərin enerji təchizatı, böyük investisiya mədən layihələri, enerji istehlak edən sənaye obyektləri üçün yeni və effektiv həll təklif edir.

Bu il 26-cı dəfə keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “Rosatom” və “TSS” Qrup rəsmiləri bir araya gəlib.

Tərəflər xarici bazarlar üçün gücü 100 meqavatdan az olmayan və istismar müddəti 60 ilə çatan üzən enerji bloklarının tikintisini, sonra isə bu bloklardan əldə edilən elektrik enerjisinin yerləşdikləri ölkələrdə satışını təmin edəcək bərabərlik əsasında birgə müəssisə yaratmağı öhdəsinə götürüblər.

Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrini hədəf bazar kimi görən tərəflərin daha sonra hüquqi və maliyyə cəhətdən məcburi sənədləri imzalaması gözlənilir.

Enerji donanmasının 2029-2036-cı illər arasında istifadəyə verilməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər