ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs”ın dünya üzrə 125 icraçı direktorunuişdən çıxarır.
Teleqraf.com xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, “Goldman Sachs” bütün dünyada baş menecerləri işdən çıxarmağa başlayıb.
Anonim mənbənin sözlərinə görə, “Goldman Sachs” satınalma və birləşmə sövdələşmələrindəki azalma səbəbindən işçilərin sayını azaldır. Bildirilir ki, işini itirəcək icra direktorların bəziləri investisiya bankçılığı sahəsindədir.
Bu addımlar bir ildən az müddətdə ən azı üç dəfə ixtisar yaşayan bankda dərin xərclərə qənaət səyinin bir hissəsi hesab olunur.
“Goldman Sachs” 2020-2021-ci illərdə birləşmə, satınalmaların və ilkin kütləvi təkliflərin artması səbəbindən işə qəbulu artırdı. Digər banklar sövdələşmə prosesini dayandırdığı üçün əməkhaqqının azalması mənfi təsir göstərib.