11 Yanvar 2015 02:40
795
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi artıq başa çatır və sınaqlar keçirilir. AzərTAc xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində söyləyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülüb: “Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.
Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlayıb”.

Müəllif:

Oxşar xəbərlər