Türkiyəyə tətil turlarında qiymət artımını daim tənqid edən Rusiya qurumlarını çətin vəziyyətə salacaq məlumatlar ortaya çıxıb.
Teleqraf.com yerli mediaya istinadla xəbər verir ki, rublun ucuzlaşmasına baxmayaraq, Rusiyada daxili turizm son bir ildə Türkiyə və Misir kimi məşhur istiqamətlərlə müqayisədə iki dəfə bahalaşıb.
Məlumata görə, son bir ildə Rusiyada daxili turlar 33 faiz, Türkiyə və Misirə turların qiymətləri isə 16 faiz artıb.
Bildirilir ki, Rusiya sahillərində orta qiymət 29,6 faiz artaraq 98 min 300 rubla (1739.91 AZN), Abxaziyada isə 33,3 faiz artaraq 114 min 500 rubla (2023.11 AZN) çatıb.
Eyni dövrdə Rusiyadan Türkiyəyə orta tur qiyməti 16 faiz artaraq 216 min 700 rubl (3835.59 AZN) olub.