Ər-Riyad və Pekin hökumətləri arasında 12 investisiya müqaviləsi imzalanıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Pekin Səudiyyə Ərəbistanı-Çin Biznes Forumuna ev sahibliyi edir.
Forumda iştirak edən Səudiyyə Ərəbistanının mənzil naziri Məcid əl-Hukayl iki ölkə arasında 12 investisiya müqaviləsi imzaladıqlarını bildirib: “İnfrastrukturun inkişafı, maliyyə, mənzil və daşınmaz əmlak sahələrində konsensus əldə edildi. İnvestisiya dəyəri 5 milyard riyaldan (1,33 milyard dollar) çoxdur.
Səudiyyə Ərəbistanının 17 şəhərində 300 min evin tikintisinə başlanılıb. Ümumi investisiyaların həcmi 100 milyard riyalı (27 milyard dollar) keçib. Çin şirkətlərini ölkəyə sərmayə qoymağa çağırıram”.
Hukayl Çinə 4 günlük səfəri çərçivəsində Ərəbistan şəhərlərində infrastruktur layihələrinin inkişafı, bələdiyyə və mənzil sektorunda investisiya imkanları ilə bağlı Çin rəsmilərilə görüşəcək.