13 Sentyabr 2023 00:42
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP şirkətinin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) istefa verib.

Teleqraf.com bu barədə şirkətə istinadən xəbər verir.

Onun yerinə vəzifənin müvəqqəti icrası şirkətin maliyyə direktor Mürrey Aukinklosa (Murray Auchincloss) həvalə edilib.

B.Luninin istefa səbəbi açıqlanmasa da onunla bağlı ötən ilin mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal edilir: “Belə ki, anonim mənbə onun şirkətdə olan digər məsləkdaşları ilə şəxsi münasinətləri ilə bağlı davranışlarının araşdırıldığını bildirmişdi. Araşdırma B.Luninin CEO olmamışdan öncəki davranışlarında şirkətin kodeksindən kənar hər hansı hal aşkar etməyib.

Bu yaxınlarda növbəti dəfə oxşar şikayət daxil olub, araşdırma davam edir.

Gözlənilmədən istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi ifadələr heç də tam deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər