SOCAR “Azəriqaz” İB rəhbərliyinin Kürdəmir rayonunda vətəndaş qəbulu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 22 sentyabr saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılıb ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 055-999-42-04; 020-255-00-16) müraciət edə bilərlər.