İqtisadiyyat naziri Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
“Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşılenerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr apardıq”, - nazir paylaşımında qeyd edib.