SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü oktyabrın 18-də Tovuz rayonununda keçiriləcək.
Bu barədə Teleqraf.com-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz görüşü təşkil olunacaq.
Aksiya Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq. “Səyyar qəbul otağı” saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.