24 Oktyabr 2023 21:00
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi STAR neft emalı zavodu arasında 2014-cü ilində 20 illik xammal tədarükü müqaviləsi yenilənib.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR Türkiyənin maliyyə direktoru Teymur Abbasquliyev açıqlayıb.

O, şirkətlərin daha inteqrasiyalı işləməsinə imkan verən şərtlərlə yeni müqavilə imzalandığını deyib: “Yeni müqavilə ilə STAR neft emalı zavodundan reformat, yüngül və ağır naftaların təmin edilməsi üçün alınacaq məhsulun miqdarı “Petkim”in tələbinə uyğun olaraq STAR-la razılaşdırılaraq müəyyən ediləcək. Bundan əlavə, yeni müqaviləyə əsasən, minimum alış öhdəliyi olmayacaq”.

Abasquliyev onu da bildirib ki, “Petkim” və “STAR Rafineri”nin birləşməsi ilə bağlı heç bir plan yoxdur: “Petkim” və STAR-ın tam inteqrasiyasını dəstəkləyən bu addım hər iki şirkətə əməliyyat və strateji üstünlüklər verəcək. STAR-ın “Petkim” üçün bütün xammalı təmin etməsi həm yükdaşıma, həm də anbar xərcləri baxımından “Petkim”ə üstünlüklər vəd edir. İki şirkət arasında bir çox ortaq xidmətlərin paylaşılması həm xərc üstünlükləri gətirir, həm də “Petkim” üçün uzunmüddətli xammal təhlükəsizliyini təmin edir. Bundan əlavə, STAR neft emalı zavodu ortamüddətli perspektivdə “Petkim”ə dividendlər ödəyəcək. Beləliklə, “Petkim” aşağı dövrlərdə STAR-dan əhəmiyyətli dərəcədə faydalanacaq”.

Teymur Abbasquliyev 2024-cü ildə STAR neft emalı zavodunun gücünü 13 milyon tona çatdırmağı hədəfləndiyini də vurğulayıb: “Yaxın müddətdə bu layihədən başqa yeni tutum artımı sərmayəsi nəzərdə tutulmayıb. Ancaq “Petkim”in gələcək planları ilə bağlı texniki araşdırmalar tamamlandıqda, inteqrasiyanı artırmaq üçün müxtəlif investisiyalar edilə bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər