6 Noyabr 2023 19:12
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə yüzlərlə şirkət iflas təhlükəsi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Fələstin-İsrail müharibəsi 30-cu gününə qədəm qoyub. Müharibə nəticəsində İsrailin dövlət büdcəsi xərclərinin 200 milyard şekelə çatacağı təxmin edilir. Qeyd edilib ki, bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) 10 faizini təşkil edir.

İsrail pul vahidi şekel dollar qarşısında dəyər itirir.

İstehsalçılar Birliyinin rəhbəri Ron Tomer Netanyahuya “Hökumət öz xalqını tərk edir” deyərək reaksiya verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər