13 Noyabr 2023 12:43
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 ayda həyata keçirilən valyuta hərraclarında təklif tələbi üstələyib.

Teleqraf.com xəbər verir ki, bunun Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, ölkədə illik infilyasiya 5,1 faizə enib: “Bu, ərzaq, qeyri-ərzaq və xidmət sahələrində özünü büruzə verib. Bank sektoruna inam artıb. Vətəndaşların banklardakı əmanətlərinin həcmi 1,1 milyard artıb. 30 minədək olan əmanətçilərin sayı 73 faiz təşkil edir. Nağdsız ödənişlərin həcmi isə 33,2 milyard manata çatıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər