“Brent” markalı neftin barelinin qiyməti 48 yenidən dollardan aşağı düşüb.
Teleqraf.com-un məlumatına görə, ICE birjasının ticarət sistemində “Brent” növlü neftin barelinin dəyəri 47,9 dollara qədər azalıb.
Ümumilikdə, bu gün neft bazarında qiymətlərin 1,74 faiz azalması qeydə alınıb.
Yaranmış vəziyyət Çinin digər ölkələrdən neft idxalını məhdudlaşdırması ilə izah edilir.
Bu da son 2 gündə artmağa meyilli olan qiymətlərin təkrarən enməsinə təsir göstərib.
Nail Cəlil